E.X. Məmmədov
2026.3.15Azerbaijan Medical Journal
Abstract
Məqalədə parastomal ağırlaşmalara səbəb olan faktorlar haqqında retrospektiv tədqiqatın nəticələri əks etdirilmişdir. Tədqiqata 2021-2023-cü illər ərzində kolostoma və ileostoma qoyulan 120 pasiyentin xəstəlik tarixinin retrospektiv təhlilinin nəticələri daxildir. Risk faktorları, əməliyyatın təcili və ya planlı icra edilməsi, stomanın açılmasının səbəbləri, stoma növləri və ağırlaşmaları qeydə alınıb, nəzərdən keçirilmişdir. Stoma qoyulan yaşı orta hesabla 52,8±12,6 olan 120 xəstədən 78-i (65%) kişi, 42-si (35%) qadın olmuşdur. Kolostomalar ən çox yoğun bağırsağın obstruksiyasına görə (76%), İleostomalar isə əsasən yaradılan kolo-kolo, kolo-rekto anastomozları qorumaq məqsədilə qoyulmuşdur (preventive ileostoma) (68%), digər məqsədlərlə qoyulan ileostomaların faiz nisbəti 32%-ə bərabər olmuşdur. Ən çox görülən stoma növləri isə uc kolostoma,(60%), qoşalüləli kolostoma (16%), uc və qoşalüləli ileostomadır olmuşdur (24%). Xəstələrdən 48%-ə qədərində bu və ya digər ağırlaşmalar aşkar edilmişdir. Planlı və təcili operasiyalardan sonra müşahidə edilən stomalarının ağırlaşmalarının rastgəlmə tezliyi arasında statistik etibarlı fərq olmamışdır. Operativ müdaxilənin ağırlaşmalarından stomaətrafı dərinin iltihabına (63%), infeksiyalaşmasına (26%), parastomal yırtığa və stomanın prolapsına (7%) daha çox təsadüf edilmişdir. Ən yüksək ağırlaşma nisbəti qoşalüləli kolostoma yaradılmış pasiyentlərdə muşahidə edilmişdir (52%). Müəlliflərin fikrincə, cərrahiyyənin prinsiplərinə ciddi riayət edilməklə, stomalı xəstələrə müntəzəm nəzarət etməklə və xəstələri maarifləndirməklə (stomaya qulluq qaydaları) stomalı xəstələrdə ölüm və ağırlaşma hallarını azaltmaq olar.
Citation format
MƏMMƏDOV, E.X. PARASTOMAL AĞIRLAŞMALARIN RETROSPEKTİV TƏHLİLİ. Azerbaijan Medical Journal, 2026: 88–92.