F. Qasımova, N. Hüseynova, G.S. Nur-Məmmədova, A. Musayeva
2026.3.15Azerbaijan Medical Journal
Abstract
Məqalədə revmatoid artrit zamanı ağciyərlərin interstisial zədələnmələrinin əsas təzahürləri və bu tip patoloqiyaya məruz qalmış xəstə haqqında müəlliflərin şəxsi müşahidələri haqqında məlumat verilmişdir. Müəlliflər göstərirlər ki, ağciyərlərin interstisial zədələnməsi revmatoid artritli (RA) xəstələrdə ən çox rast gəlinən ağırlaşmalardan biridir və interstisial pnevmoniya, fibroz, revmatoid düyünlər və retikulyar dəyişikliklərlə təzahür edir. Bu əlamətlər tez-tez xəstəliyin ağırlıq dərəcəsinin göstəricisi olur və xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilər. Məqalədə uzunmüddətli bazis və bioloji terapiya (metotreksat, fol turşusu, metilprednizolon, tosilizumab) alan aqressiv gedişli RA xəstəsində müşahidə edilən əlamətlər haqqında məlumat verilmişdir. Döş qəfəsinin rentgenoqrafiyası və KT zamanı ikitərəfli interstisial dəyişikliklər, o cümlədən, “buzlu şüşə” sahələri və retikulyar sıxlaşmalar aşkarlanmışdır. Bu hal RA xəstələrində ağciyərlərin interstisial zədələnməsinin vaxtında diaqnostikasının, optimal terapevtik strategiyanın seçilməsinin və ağciyər patologiyasının proqressivləşməsinin qarşısının alınmasının vacibliyini göstərir. The article presents the primary manifestations of interstitial lung involvement in rheumatoid arthritis (RA) and provides insights based on the authors’ clinical observations of a patient with this pathology. The authors indicate that interstitial lung involvement is one of the most common complications in RA patients, manifesting as interstitial pneumonia, fibrosis, rheumatoid nodules, and reticular changes. These features often reflect the severity of the disease and can significantly impair patients’ quality of life. The article describes clinical findings in a patient with an aggressive course of RA receiving long-term conventional and biological therapy (methotrexate, folic acid, methylprednisolone, and tocilizumab). Chest radiography and computed tomography revealed bilateral interstitial changes, including ground-glass opacities and reticular consolidations. This case highlights the importance of timely diagnosis of interstitial lung involvement in RA patients, the selection of an optimal therapeutic strategy, and the prevention of progressive pulmonary pathology. В статье представлены сведения о клинических проявлениях легочных повреждений у больных с ревматоидным артритом (РА) и описывается собственное наблюдение авторов о клиническом случае с этой патологией. Как известно, интерстициальное поражение лёгких является одной из наиболее частых лёгочных осложнений у пациентов с ревматоидным артритом (РА), проявляясь интерстициальной пневмонией, фиброзом, ревматоидными узелками и ретикуллярными изменениями. Эти проявления часто являются маркером тяжести заболевания и могут существенно ухудшать качество жизни пациентов. В статье представлен клинический случай пациентки с агрессивным течением РА, у которой на фоне многолетней базисной и биологической терапии (метотрексат, фолиевая кислота, метилпреднизолон, тоцилизумаб) при рентгенографии и КТ органов грудной клетки выявлены двусторонние интерстициальные изменения с участками «матового стекла» и ретикуллярными уплотнениями. Данный случай подчёркивает важность своевременной диагностики интерстициального поражения лёгких у пациентов с РА для выбора оптимальной терапевтической стратегии и предотвращения прогрессирования лёгочной патологии.
Citation format
QASIMOVA, F., et al. REVMATOİD ARTRİTİN AĞCİYƏR TƏZAHÜRLƏRİ. Azerbaijan Medical Journal, 2026: 172–177.